Vikipediya:İdarəçilərə müraciət

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Mümkünsə, yeni müzakirə mövzusunu buradan

 əlavə edin.


Wikipedia Administrator.svg Digər müraciətlər

Azərbaycan Talışların İctimai Şurası[mənbəni redaktə et]

Bu səhifə 30-dan atrıq istinadla mənim tərəfimdən dünən: 09.08.2021-ci il tarixdə yaradıldı. Səhifə Azərbaycan Talışların İctimai Şurasının Məclisində prezentasiya olunub. Gecə yarısı isə səhifə heç bir xəbərdarlıq edilmədən silinib. Bu barədə Vikipediyanın Azərbaycan dili komandasından izahat tələb edirəm. Əks təqdirdə bu hərəkəti etnik zəmində ayrı-sekilik (diskriminasiya) kimi qiymətləndirirəm. Bu barədə sosial mediada geniş məlumat veriləcək və digər dillərdə eyni adlı səhifənin qurulmasına start veriləcək. — Bu imzasız yazı Cuxar (müzakirə · fəaliyyət) tərəfindən əlavə edilmişdir.

İstifadəçi VP:TƏHDİD qaydasının tələblərini pozub. Zəhmət olmasa, tədbir görərdiniz. — Burocan (müzakirə) 17:49, 10 avqust 2021 (UTC)
  • Cuxar, başa düşmədim nə irqçilik, nə diskriminasiya? Ensiklopedik olmayıb silinib. Bundan başqa məna çıxartmağınıza ehtiyac yoxdur. Təhdid etmək Vikipediya qaydalarına ziddir və buna görə hesabınız bloklana bilər.— NMW03 (müzakirə) 19:53, 11 avqust 2021 (UTC)

Vandalizm[mənbəni redaktə et]

İstifadəçi müxtəlif vaxtlardakı iki redaktəsində də vandalizmə yol verib. Bir redaktəsində isə açıq təhqir elementləri var. Gələcəkdəki mümkün vandalizm hallarının qarşısının alınması üçün preventiv addımın atılmasını xahiş edirəm. — Burocan (müzakirə) 13:44, 10 avqust 2021 (UTC)

HəYeldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:48, 10 avqust 2021 (UTC)

Pantural[mənbəni redaktə et]

Yazıb sizdən xahiş edirəm ki, müzakirənin yekunlaşdırılması ilə əlaqədar məsələyə yenidən baxasınız.

Qərar yekdilliklə qəbul olunmayıb, fikir ziddiyəti yaranıb şəxsin ensiklopedikliyi ilə əlaqədar.

Pantural məşhurlar siyahısına daxil olan bir adamdır. İcazə verin, burada sizə 11/12/2009-cu il tarixindən əlavə bir mənbə təqdim edim - İngilis avtomobil jurnalı Top Gear-da Panturalın işi ilə əlaqədar məqalədə var, 2008 - 2009 cu illərdə qrafika sahəsində olan danılmaz fəaliyyəti, məşhur qrafist kimi onu həqiqətəndə ölkə hüdudlarından kənara çıxararaq məşhur etmişdir və xaricdə Azərbaycanlı qrafist kimi tanınmağa başlamışdır. 2 -ci azərbaycanlı qrafik dizayner tanımıram ki, beynəlxalq aləmdə tanınan əsərini göstərim, Panturalın işi Avropada təqdim olunur. Qrafik dizayner kimi tanınır, əgər əmin deyilsinizsə, Kanadadakı 3D max məktəbinə (Seneca College - School of Creative Arts & Animation, Toronto, ON, Canada) yazın və Azərbaycandan Pantural ləqəbli bir qrafik dizayner tanıyıb tanımadıqlarını soruşun.— Elshad Iman (Elşad İman) (müzakirə) 19:27, 12 avqust 2021 (UTC)

Məşhur və tanınmışlıq çox nisbi anlayışlardır. Bəzən bir şəxs haqqında tanınmış və məşhur demək çox asandır. Məsələn, İsaak Nyutonun məşhur şəxs olması barədə yəqin ki, heç kim mübahisə yaratmaz. Amma bəzən elə şəxslər var ki, bu şəxslərin tanınmışlığı və məşhurluğu mübahisəli mövzudur və şəxsi fikirlərə əsaslanır. Və biz bu cür mübahisələri həll etmək üçün Vikipediyada ayrı-ayrı qaydalar nəzərdə tutmuşuq və həmin qaydalara baxaraq şəxsin tanınmış (və ya ensiklopedik) olub olmadığını müəyyən etməyə çalışırıq. Siz deyirsiz ki, şəxs tanınmışdır. Amma mənim göstərdiyim qaydanın kriteriyalara uyğun istinad göstərməmisiz və münasibət bildirmirsiz. Şəxsin "tanınmış" və ya "ensiklopedik" hesab edilməsi üçün heç olmasa o bir kriteriyaya uyğun gəlməsi lazımdır. Əgər həqiqətən həmin kriteriyaları dəstəkləyəcək istinadlar varsa, razı olaram. Hansısa jurnalda adın çəkilməsi ensiklopedikliyə bəs etmir. Siz mənə qayda göstərə bilərsiz ki, "hansısa şəxsin adı jurnalda və verilişdə çəkildiyi deyə şəxs ensiklopedikdir?". Mənim dostum var ki, elmi məqaləsi tanınmış xarici platformada nəşr olunub, amma bu, onu ensiklopedik edirmi? Xeyr. Xahiş edirəm ki, mənim sadaladığım kriteriyalara münasibət göstərəsiz və ya konkret hansı qayda üzrə ensiklopedik olduğunu göstərəsiz. Bir daha xatırladım ki, SNS-dəki müzakirələr zamanı nəticə səs çoxluğu ilə deyil, qaydalara əsaslandırma ilə aparılır. Hörmətlə, — White Demツnyaz 19:59, 12 avqust 2021 (UTC)
Məhz bu kriteria cox uyğun gəlir fikrimcə - Şəxs müstəqil filmin icrasında iştirakçı olmuşdur. Heç bir qaydaya məhəl qoymayın prinsipi Vikipediyanın qaydalarını "yox saymaq" mənasına gəlmir. VP:HBRMQ

Hər hansı bir məlumatı müəyyən bir hədəf kütləsinə çatdırmaq məqsədilə fotoqrafiya və illustrasiyadan istifadə edərək qısa metrajlı filmi, kino film kimi dizaynları bədii ölçülər daxilində yazılı və vizual elementlərlə dizayn edən qrafik dizayner mütəxəssisi pantural ləqəbli Tural Səfərovun aktyor kimi fəaliyyəti olsa da, əsasən VFX Supervisor kimi çalışır. 2005-ci ildə ssenarisi və montajı özünə məxsus “Koma_0,1_saniyədə_(film,_2007)” adlı film çəkmişdir. Həmən filmdə baş rolun ifaçısı da özü olmuşdur. 2011-ci ildə Gilan Holding-in tərkibində Fantasy pictures mmc şirkətinin direktoru vəzifəsində çalışır. Panturalın yeni filminin proyekti 2014-cü ildən start götürmüşdür, lakin 2016-cı ildə devalivasiya nəticəsində büdcə kəsrinin yaranması təhlükəsi ortaya çıxdı. 2017-ci ildə çəkilişlərə start verildi amma filmin Rejissorluğunu, baş rol ifaçılığını, montajını və vizual effektlərini qrafik dizayner özü tək başına işlədiyinə görə filmin hazırlanması 2020-ci ilə qədər çəkdi, daha sonra isə pandemiya ilə əlaqədar filmin səsləndirilməsi təxirə salındı. Hazırda filmin səsləndirilmə işləri davam edir. Bu ilin sonlarına kimi film işıq üzü görməlidir. Büdcəsi təxminən 5.000.000 manat civarındadır. Adı hələ ki, açıqlanmasa da ilkin adı “JAFAR” olaraq bilinir. Filmdə Jafar adlı agentdən və onun gördüyü işlərdən bəhs edilir - film komediya və action janrındadır. — Elshad Iman (Elşad İman) (müzakirə) 22:05, 12 avqust 2021 (UTC)

Salam. Məncə, Panturalın ensiklopedikliyi məsələsi yuxarıda hörmətli Elshad Iman (Elşad İman)ın göstərdiyi uzunmetrajlı filminə görə, eləcə də "Top Gear" kimi dünyanın ən məşhur avtomobil verilişində haqqında danışılmasına görə müzakirə oluna bilər. Buna görə də onu BNS-ə verməyi təklif edərdim. Toghrul R (m) 08:18, 28 avqust 2021 (UTC)
SNS olunub silinib & Elşad İmanın arqumentləri cavablandırılıb. Bu halda yenidən müzakirə açmağa ehtiyac yoxdur. NMW03 (müzakirə) 09:25, 28 avqust 2021 (UTC)
Niyə ehtiyac yoxdur ki? Ən azından bir istifadəçi və bir idarəçi üçün mübahisəli məsələ kimi qəbul edilir bu. --► Hörmətlə: SolaVirum 20:17, 28 avqust 2021 (UTC)
Hörmətli Eldarado, BaskervillAraz Yaquboglu zəhmət olmasa sizdə məsələ ilə əlaqədar fikrinizi bölüşün. Yenidən müzakirə açmağa nə üçün ehtiyac yoxdur onu anlaya bilmədim. — Elshad Iman (Elşad İman) (müzakirə) 20:05, 28 avqust 2021 (UTC)
Bunla bağlı müzakirə Bərpa üçün namizədlər səhifəsində aparıla bilər. Toghrul R, TopGear-da adının çəkilməsi bəs etmir, konkret məqalə-xəbər paylaşılmalıdır onun haqqında. Yoxsa sırf bir xəbərdə adı çəkildi deyə şəxs ensiklopedik olmur axı. Jurnalın min dənə xəbəri var və min cür adamın adı çəkilə bilər orda. Girmişəm TopGear-ın saytına, bir xəbərdə bir avtomobilin norveçli bodibulder tərəfindən satın alındığı qeyd olunur, adını axtarıram, heç Norveçcə Vikipediyada qarşıma çıxmır. Ya da bir xəbərdə filan fotoqrafın fotolarını paylaşıblar, axtarışa verəndə İnstagram profilindən başqa bir şey tapa bilmirəm. Ümumiyyətlə, AzVikidə belə bir tendensiya var ki, filan məqalənin adı filan yerdə çəkilirsə, demək ki, o ensiklopedikdir. Məsələn, bu İslamazeri məqaləsində də belədir. İstinadlara baxıram, nə var nə yox, BBC-də bir xəbərdə adı çəkilib deyə istinad qoyublar. Bu, düzgün deyil.— White Demツnyaz 20:50, 28 avqust 2021 (UTC)
Ümumiyyətlə Elşad İmanın məqalənin bərpasında bu qədər israr etməsi onu sübut edirki ortada nəsə pul söhbəti var.— NMW03 (müzakirə) 21:44, 28 avqust 2021 (UTC)
  • Hörmətli NMW03, ortada nəisə pul söhbəti var nədir? bunu sübut edə biləcək bir dəlil var? bu arqument mənim şəxsim üçün ən böyük ittihamdır. Panturalı mən şəxsən tanıyıram, indiyə kimidə görüşlərimiz olur amma bu o demək deyil ki, mənə sifarişlə və ya maddi ödənişlə iş gördürüb vikipediyasını yazdırtdırıb. Xahiş edirəm dəlil subut olmadan belə ciddi ittihamlar etməyin. — Elshad Iman (Elşad İman) (müzakirə) 11:45, 29 avqust 2021 (UTC)
    Pantural məqaləsini var gücünüzlə bərpa etməyə çalışırsınız (ədalətli qərar verin kimi cümlələr). BNS-dakı müzakirələrin birində pul söhbəti barədə Fondun qaydalarından danışanda o dəqiqə yazdız ki nə qaydası? necə getməlidi proses? nə edilməlidir? Bunlar yetərli deyil? NMW03 (müzakirə) 04:07, 30 avqust 2021 (UTC)
  • Xeyr, bu əsaslı səbəb deyil bu cürə ağır ittiham üçün. Ödəniş qarşılığında iş görən səhifələr var buna misal olaraq bu səhifəni göstərə bilərəm. Mən azərbaycan istifadəçiləri arasında öz istifadəçi səhifəsində ödəniş qarşılığında redaktə edən user-lərə rast gəlməmişəm amma rus dilində rast gəlmişəm ona görə müzakirə səhifələrin birində siz həmin sözü gedən mövzu ilə əlaqədar yazanda mən sizdən soruşdum ki, bu proses necə olur və istifadəçi öz səhifəsində nəyi qeyd etməlidir. — Elshad Iman (Elşad İman) (müzakirə) 05:12, 30 avqust 2021 (UTC)
Hörmətli NMW03, nə üçün istifadəçilərlə bu tərzdə danışırsız. Heç bir sübut göstərmədiyiniz halda istifadəçini ittiham edirsizniz. Biz idarəçilər nümunəvi olmalıyıq axı. Bu cür müzakirə tərzindən çəkinməyi sizdən bir daha rica edirəm. Mövzuya gəldikdə isə mənim fikrim məqalənin silinməməsi yönündədir. Səbəb isə şəxsin məşhur olması və yuxarıda qeyd olunan işləri görməsidir. SNS-də də öz fikirlərimi qeyd etmişdim. Maraqlı olan isə şəxslə bağlı son qalmaqallı məsələdən sonra silinməsi müzakirəyə çıxarıldı. Bundan öncə isə illərdi qalmışdı məqalə. Əgər buna görə çıxarılıb silinibsə bu doğru deyil. Yox əgər qaydalara əsasən silinməli idisə və şəxsin ensiklopedikliyini qaydaların heç bir bəndi sübut etmirsə bərpa edilməsin. Onu da qeyd edim ki, bizdə bu kimi hallar tez-tez baş verir, kimsə mənfi bir hərəkət ilə gündəmə düşür və onun məqaləsi azvikipediyadan silinir :) Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:03, 30 avqust 2021 (UTC)
Eldarado, bu məqalə daha öncə 2008-ci ildə yaradılıb, 2015-ci ildə isə müzakirəsiz silinib. Düz 6 ay sonra isə - 2021-ci ilin mayında növbəti dəfə yaradılıb. Məqalə əslində düz 6 il boyunca silinmiş vəziyyətdə olub, ən son da bu qalmaqaldan 1-2 ay öncə yaradılıb. Məqalə əslində bu baxımdan yenidir, ikincisi isə, bu şəxs özü Vikipediyada məqaləsinin olduğunu bildirəndən sonra istifadəçilərdən biri (deyəsən, Solavirum) məqalədən xəbər tutub. Məsələn, mən özüm qalmaqaldan bir müddət sonra bu məqalənin varlığından xəbər tutmuşam. Sırf pis hərəkətinə görə sildirmək teması olsaydı Hüseynbala Mirələmovun məqaləsini çoxdan sildirmişdik :D— White Demツnyaz 19:35, 30 avqust 2021 (UTC)
Eldarado, siz yaxşı olar ki hər şeyi nəzakət qaydasına aid etməyəsiz. Sübut deyəndə nəyi nəzərdə tutursuz? Şəxsi yazışmaları zad ələ keçirəcəkdim? Etdiyim sadəcə bir təxmindir və nə üçün elə düşündüyümü də yazmışam. Bilmirsizsə deyim ki Elşad İman türkcə vikipediyada məhz bu səbəblə qeyri-müəyyən müddətə bloklanıb. Gördüyünüz kimi mənlə eyni şeyi düşünən başqa istifadəçilər də var. İstifadəçi var gücü ilə çalışır ki məqalə bərpa edilsin. Bunu təkcə burda yox digər vikilərdə də edir. Bunu oxuyun. Ya da birbaşa istifadəçinin redaktələrinə baxın. İstifadəçi az qala bütün idarəçilərə məqaləni bərpa et yazıb. NMW03 (müzakirə) 00:46, 31 avqust 2021 (UTC)
Hörmətli NMW03, yaxşı olar ki, mənə yol göstərməyəsiniz. Nəzakət qaydalarını pozursunuzsa niyə görə aid etməməliyəm. Sizdən çox nəzakətsiz davranan idarəçi yoxdur. İstifadəçilər qaydaları pozsalar belə onları ittiham etmək haqqımız yoxdur. Bununla siz qaydaları pozmaqla yanaşı istifadəçiləri həvəsdən salmış olursunuz. Məqalə silinib və bərpa üçün müzakirəyə çıxarmaq hər bir istifadəçinin haqqıdı. Əgər haqlısızsa nə üçün başqa bir idarəçi bu tərzə istifadəçini ittiham etmir? Nə üçün siz kobud danışırsız hər kəslə? Yazdığınız cümlələri təkrarən oxuyun və bir daha bu tərzdə müzakirələrə qoşulmayın. Hər kəslə mehriban davranın, sevilən idarəçi olun, yardım etməyə çalışın. Bütün bunları idarəçi olmamışdan əvvəl bilməli idiz əslində. Hörmətli White Demon, ətraflı açıqlama üçün təşəkkür edirəm. Mən sadəcə öz fikrimi qeyd etdim. Düşünürəm ki, ölkə səviyyəsində kifayət qədər tanınmış biridir və bu kifayət etməlidir məqaləsinin olmasına. Lakin aydın məsələdir ki, sadəcə mənim fikrimlə hər şey həll olunmur. :) Ümid edirəm vikicəmiyyət doğru və tərəfsiz qərar verər. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 08:27, 31 avqust 2021 (UTC)
"yaxşı olar ki, mənə yol göstərməyəsiniz" yazıb sonra mənə yol göstərməyiniz Face-smile.svg. NMW03 (müzakirə) 12:50, 31 avqust 2021 (UTC)

Vandalizm[mənbəni redaktə et]

İstifadəçi təhqir elementləri ilə müşaiyət olunan vandalizm fəaliyyəti məşğuldur. Zəhmət olmasa, tədbir görərdiniz. — Burocan (müzakirə) 12:27, 13 avqust 2021 (UTC)

HəY Həll olunub. NMW03 (müzakirə) 21:44, 28 avqust 2021 (UTC)

Vandalizm[mənbəni redaktə et]

İstifadəçi təhqir elementləri ilə müşaiyət olunan vandalizm fəaliyyəti məşğuldur. Zəhmət olmasa, tədbir görərdiniz.— Burocan (müzakirə) 21:29, 13 avqust 2021 (UTC)

HəY Həll edildiTurkmen müzakirə 21:34, 13 avqust 2021 (UTC)

İdarəçinin Vandalizmi[mənbəni redaktə et]

Bu müzakirə bağlıdır. Lütfən, heç bir dəyişiklik etməyin.

İdarəçilərdən İstifadəçi:NMW03-nin Ağdam uğrunda döyüş məqaləsində müəllif hüquqlarının qorunması bəhanəsi ilə vandalizmlə məşğul olmasına qarşı tədbir görmələrini xahiş edirəm. Məqalədə Azloqos saytından olan mətnin böyük hissəsi dəyişdirilib və müəllif hüquqlarının pozulması aradan qaldırılıb. Yalnız bəzi şəxslərin sitatları dırnaq arasında saxlanılıb, bu isə müəllif hüquqlarının pozulması deyil. İdarəçi ardıcıl olaraq redaktə müharibəsi aparır, müəllif hüquqlarının pozulmayan yazıları özbaşına silir və hətta bu azmış kimi əvvəlki versiyanı da aradan qaldıraraq məqalənin bərpasını mümkünsüz edir. Digər idarəçilərdən qaydaları düzgün bilməyən idarəçiyə qarşı tədbir görmələrini xahiş edirəm. — Thunder Storm (müzakirə) 20:46, 7 sentyabr 2021 (UTC)

Böyük hissəsi? Tam nəzər yetirmisiniz oxşarlıqlara? Sonuncu bölmənin axırıncı 2 abzası birbaşa copy+paste edilib. Buna böyük hissəsi dəyişdirilib deyirsiz? NMW03 (müzakirə) 20:51, 7 sentyabr 2021 (UTC)
NMW03 O zaman qaydalara görə ancaq copy paste olan hissələri silməliydiz. Amma siz müəllif hüquqları pozulmayan hissələri də pozmaqla vandalizmlə məşğul olmanız və redaktə müharibəsi aparmanız bəs deyilmiş ki, qaydalara uyğun hərəkət edən istifadəçiyə də blok tətbiq edirsiz. İdarəçi statusu sizə burada istədiyiniz kimi bu cür pozuculuq fəaliyyəti üçün yox, konstruktiv və qurucu fəaliyyət aparmanız üçün verilib, amma görünən odur ki, bundan sui-istifadə edirsiz. — Thunder Storm (müzakirə) 20:56, 7 sentyabr 2021 (UTC)
Soruşa bilərəm ki nə üçün siz özünüz əlavə edərkən həmin bölmələri silməmişdiniz? Atdığım linkdən də baxa bilərsiniz ki saytdakı məzmunun 97%-i copy+paste edilib. İndi deyin görək bu 97%-i siləndə geriyə nə qalacaq? Xeyr siz qaydalara uyğun hərəkət etmirsiz. Etdiyinizi zənn edə bilərsiniz ama etmirsiniz. NəzakətVP:3GQ qaydalarına nəzər yetirin. Blok destruktiv fəaliyyətinizin qarşını almaq üçün tətbiq edilib. NMW03 (müzakirə) 21:02, 7 sentyabr 2021 (UTC)
NMW03 Zəhmət olmasa faizdən gözünüzü qırağa çəkin və mətndəki oxşarlıqları axtarın. Mətndə oxşarlıqlar ancaq sitatlarda (müəllif hüquqları pozulması sayılmır) və son 2 abzasdadır ki, onun da üzərində iş getdiyi halda sizin destruktiv fəaliyyətiniz sayənizdə artıq heç bir iş getmir. Burada destruktiv fəaliyyət yalnız sizin tərəfinizdən olub. — Thunder Storm (müzakirə) 21:08, 7 sentyabr 2021 (UTC)
Necə yəni? Deyirəm ki saytdakı məzmunun 97%-i copy+paste edilib deyirsiz ki ona baxmayın. Oxşarlıqları elə ən birinci yazmışam yuxarıda. NMW03 (müzakirə) 21:13, 7 sentyabr 2021 (UTC)
NMW03 Sizə artıq N-ci dəfə izah etməkdən yoruldum. Faizin yüksək olması sitatlarla əlaqəlidir və onlar müəllif hüquqlarının pozulması sayılmırlar. Sadə qaydaları anlamaqda çətinlik çəkirsinizsə mövzu barədə konsensus əldə etmək üçün başqa idarəçidən yardım istəyin, özbaşına şəkildə destruktiv fəaliyyətlə məşğul olmayın. — Thunder Storm (müzakirə) 21:16, 7 sentyabr 2021 (UTC)
Verman1, məqaləyə baxdım, xeyli hissəsi copy paste edilmiş şəkildədi. Sitatları saymasaq belə əməlli-başlı copy-paste edilmiş hissələr var.— White Demツnyaz 06:26, 8 sentyabr 2021 (UTC)
White Demon Məqalənin üzərində iş getdiyi halda idarəçi vandalizmlə məşğul olaraq demək olar bütün məqaləni (copy paste olmayan hissələri də) silərək mənə qarşı blok tətbiq edib. Belə fəaliyyətə hansı qayda icazə verir? — Thunder Storm (müzakirə) 06:29, 8 sentyabr 2021 (UTC)
Müəllif hüquqları ilə qorunan bir materialı atıb daha sonra üzərində iş aparmaq düzgün deyil. Həmin hissələr tarixçədə qalır. Təsəvvür edin ki, siz kitab yazmısız, hansısa istifadəçi gəlib həmin kitabın bəzi səhifələrini olduğu kimi atıb yaddaşa verir, amma yavaş-yavaş redaktə edib dəyişir. Sonra bir şəxs girib tarixçədən sizin kitabın səhifələrinin olduğu variantı tapır və ondan istifadə edirək pul qazanır, nə düşünərdiz? EnVikidə də belə tema var ki, müəlliflik hüququ ilə qorunan materialları tarixçədən silmək lazımdı. Müəllif hüququ ilə qorunan materialı Word-də filan redaktə edib, sonra Vikipediyaya əlavə etmək düzgündür. Mən elə edirəm. Yaddaşa verib yavaş-yavaş redaktə etmək yox. Tarixçə silinib, amma AzLogos-dakı məqalə dayanır, elə deyil? AzLogos-dakı məqaləni Word-də müəllif hüquqlarını pozmayacaq şəkildə redaktə edib sonra əlavə etmək niyə problem yaratsın ki?— White Demツnyaz 06:41, 8 sentyabr 2021 (UTC)
Müəllif hüququ mövzusunda diqqətli olmaq lazımdır. Müəllif hüququ ilə qorunan məlumatların əlavə edilməməsi vikipediyanın ən əsas qaydalarındandır. Hörmətli Verman1, bu cür hallarda redaktə müharibəsini əvəzinə burada açdığınız müzakirəni başlatmalı və mövzuya aydınlıq gələnə qədər geri qaytarma əməliyyatı etməməlisiniz. 48 saatlıq blokun da haqlı olduğunu düşünürəm. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:38, 8 sentyabr 2021 (UTC)
White Demon Qaydalarda aydın şəkildə yazılıb, mətnin dəyişdirilməsi, sitatlardan və dırnaq işarəsi içərisində mətnin işarələnməsi müəllif hüquqları pozulmasını aradan qaldırır. Eldarado, idarəçiyə məqalə üzərində iş getdiyi və onun göstərdiyi faiz göstəricisinin yüksək olmasının sitatlarla əlaqəli olmasını müzakirə səhifəsində bildirsəm də, bunları qulaqardına vurur. — Thunder Storm (müzakirə) 08:33, 8 sentyabr 2021 (UTC)
İş orasındadır ki siz heç birini etməmisiniz axı? Məqalənin müzakirə səhifəsində də anlamadığım bir səbəb göstərib demisiz ki bu müzakirəyə davam etmək artıq mənim üçün mənasızdır. Yuxarıda White Demon da yazıb ki sitatlardan başqa nə qədər copy+paste var. Siz sadəcə bunu qəbul etmək istəmirsiniz. NMW03 (müzakirə) 08:36, 8 sentyabr 2021 (UTC)
NMW03 hamısı edilib və proses də davam edirdi, sizin araya girməniz isə normal işi pozmaqdan başqa bir şey deyildi. — Thunder Storm (müzakirə) 09:00, 8 sentyabr 2021 (UTC)
Aydındı Verman1, işinizə davam edə bilərsiniz. Yaxşı olar ki, məlumatları hazır etdikdən sonra əlavə edəsiniz. Siz köhnə istifadəçilərdənsiniz və viki prinsiplərdən məlumatlısınız. Qaydaları pozmağa həvəsli olmadığınızın fərqindəyəm. Buna görə də məqalə üzərindəki blokunuzu qaldırıram. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 11:04, 8 sentyabr 2021 (UTC)

Qaralama səhifələrinin silinməsi[mənbəni redaktə et]

Salam Hörmətli Həmkarlar. Tərəfimdən yaradılan aşağıdakı qaralamaların silinməsini xahiş edirəm sizdən. —Vahid Məmmədov (müzakirə) 20:07, 10 sentyabr 2021 (UTC)

  1. box-header
  2. Böyük Los Anceles
  3. Giriş
  4. Seçilmiş məqalə/Arxiv
  • HəY Gələcəkdə sildirmək üçün buraya yazmaq yerinə səhifələrə {{sil|Ü7}} əlavə etsəniz daha yaxşı olar.— NMW03 (müzakirə) 20:18, 10 sentyabr 2021 (UTC)
@NMW03, Bu şablonu bilmirdim. Gələcəkdə bənzər hadisə baş versə istifadə edəcəm. Məlumat üçün və səhifələri sildiyiniz üçün təşəkkür edirəm. —Vahid Məmmədov (müzakirə) 21:02, 10 sentyabr 2021 (UTC)

Mozalan[mənbəni redaktə et]

Salam. Zəhmət olmasa "Mozalan" Satirik Kinojurnalı məqaləsinin adını daha lokanik olan Mozalan (kinojurnal) edərdiz. Mən neçə dəfə cəhd etsəm də alınmadı.— samral müzakirə 08:26, 12 sentyabr 2021 (UTC)

Salam Samral, HəYeldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 08:15, 14 sentyabr 2021 (UTC)

İstifadəçi fəaliyyəti[mənbəni redaktə et]

Salam, zəhmət olmasa bu istifadəçinin fəaliyyətini yoxlayın. Yaratdığı məqalələrin 90%-i maşın tərcümədir və silinməlidir. Mənim də vaxtım olduqca yoxlayaram. Öncədən təşəkkür edirəm. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 08:12, 14 sentyabr 2021 (UTC)